İstanbulda silahlı hücum: İki motosikletçi insanlara atəş açdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin İstanbul şəhərində motosikletli iki nəfər küçədə hərəkətdə olarkən insanlara atəş açıb. Hadisə zamanı bir nəfər ayağından yaralanıb, iki güllə isə hadisə yerində olan avtomobilə dəyib.
Qeyd olunur ki, motosikletli iki nəfər küçədə hərəkətdə olarkən səkidə olan insanlara atəş açıb və oradan uzaqlaşıb.
Bir nəfərə güllə dəyib və ayağından yaralanıb. Hadisə yerinə polis və tibb dəstələri göndərilib.
Polis əməkdaşları qaçan şübhəlilərin tapılması üçün əməliyyata başlayıblar. Şübhəlilərin motosiklet sürərkən atəş açdığı anlar təhlükəsizlik kamerasına düşüb.//oxu.az
Oxşar xəbərlər
Beş ilin qisası: Dünya çempionunun CİNAYƏT İŞİ + FOTO
2018-ci il iyulun 3-də Ukraynanın Kiyev şəhəri Bolşaya Vasilkovskaya küçəsində kosmetika mağazasının qarşısında Azərbaycan vətəndaşı 1986-cı il təvəllüdlü Davud...