Soyğunçuluq və narkokuryerlik edən şəxslər ƏLƏ KEÇDİLƏR

Soyğunçuluq və narkokuryerlik edən şəxslər ƏLƏ KEÇDİLƏR
Video
Hadisə 40

Paytaxtın Binəqədi rayonunda soyğunçuluq hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, naməlum şəxsin gündüz saatlarında zərərçəkənə məxsus mağazadan 600 manat pul vəsaitini açıq talama yolu ilə ələ keçirməsi barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də eyni talama cinayətlərinə görə məhkum edilmiş 37 yaşlı Fariz Səfərov saxlanılıb. Onun obyektdən əldə etdiyi pulları hadisədən sonra necə sayması da təhlükəsizlik kameraları vasitəsilə görüntülənib.

Bölmə əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 29 yaşlı Bəhruz Əliyev də saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı bir kiloqramdan artıq marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb. B.Əliyev ifadəsində taksi sürücüsü görüntüsü yaradaraq narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşı vasitəsilə rayon ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birindən götürdüyünü və bükümlərə ayıraraq satmağı planlaşdırdığını bildirib.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.

Son xəbərlər