Sosial şəbəkələrdə işə qəbulla bağlı saxta elanlar paylaşan şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə saxta iş elanları yerləşdirərək dələduzluq edən 38 yaşlı Mahmud Şərifov saxlanılıb.
BAKU.WS xəbər verir ki, M.Şərifov onunla əlaqə saxlayan hər bir şəxsin işə qəbulla bağlı müraciətinin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun kartına köçürülməsini tələb edib.
O, pulları əldə edəndən sonra zərərçəkənlərlə əlaqələrini kəsib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Vətəndaşlara bir daha tövsiyə edilir ki, sosial şəbəkələrdə rastlaşdıqları iş elanları məlumatlarına diqqətlə yanaşsınlar və həmin şəxslərə onlayn ödənişlər etməkdən çəkinsinlər.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...