Sosial şəbəkədən avtomobil sifarişi verdi, nə maşını gəlir, nə də pulu geri qaytarılır...
![Sosial şəbəkədən avtomobil sifarişi verdi, nə maşını gəlir, nə də pulu geri qaytarılır...](https://baku.ws/storage/photos/uploads/thumbs/large/z6ulyxetrNSF8RoLZ72LMoxSHRr1tCOnSvtPbzCX.webp)
Paytaxt sakini sosail şəbəkələrin birində xaricdən maşın sifarişi ilə bağlı elan görüb.
BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, Bakı sakini Hamlet Sadiqovun başına tragikomik hadisə gəlib. Belə ki, noyabr ayında "tiktok" platformasında xaricdən maşın gətirilməsi ilə bağlı elan görüb. Daha sonra həmin elanda qeyd olunan ofisə yaxınlaşıb. Elə bütün hadisələr də bundan sonra başlayıb.
O, iddia edir ki, dəfələrlə gətirilməyən maşını üçün ödədiyi pulu geri almaq istəsə də, hər dəfə ona boş vədlər verilib.
Pulu 4 aydır ki, geri qaytarılmır.
Məsələ ilə bağlı adı hallanan şirkətlə əlaqə saxladıq. Şirkətin direktor müavini Emin Əfəndiyev bildirdi ki, ödənilən məbləğlər yaxın günlərdə xaricdən hesaba köçürüləndən zərərəçəkənlərin pulları hesablarına köçürüləcək.
Şirkətdən o da bildirildi ki, vətəndaşa hazırda şirkətin ofisində olan xaricdən gətirilmiş maşınlardan başqa biri verilə bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Oxşar xəbərlər
Bakı – Quba yolunda ağır qəza olub, 4 pakistanlı yaralanıb
Bakı – Quba yolunda dörd əcnəbi vətəndaşın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, qəza yolun Xızı...
![](/images/banners/placeholder_home_right_az.jpg)