Sosial şəbəkədə söyüş söyən üç nəfər həbs olundu
"Instagram"da nalayiq ifadələr işlədənlər həbs olunublar.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, 29 yaşlı Lənkəran rayon sakini "Instagram" sosial şəbəkəsindəki "seyidemir_" hesabı ilə qeyri-etik ifadələr işlədib. Buna görə də o, polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya resursunda və ya informasiya-telekommunikasiya şəbəkəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs törətdiyi əməli etiraf edib və bir daha belə hallara yol verməyəcəyinə söz verib.
Bundan başqa, 46 yaşlı şəxs də sosial şəbəkədə internet informasiya resurslarında qadağan edilən informasiyaların yayılmasına yol verib və ictimai yerdə nalayiq ifadələr işlədib. Buna görə də onun barəsində həm 388-1.1.1-ci, həm də 510.2-ci maddələrlə protokollar tərtib olunub.
Həmçinin 29 yaşlı Sabirabad rayon sakini də "TikTok" sosial şəbəkəsində paylaşdığı videoçarxın rəy bölümünə söyüş yazdığı üçün barəsində protokol tərtib olunub. Onun sözlərinə görə, özünün hazırladığı videoçarxı başqası götürərək paylaşıb, həmin paylaşımın rəy bölümündə isə onun mərhum ailə üzvünü təhqir ediblər. Buna görə o da əsəbiləşərək nalayiq ifadə işlədib.
Məhkəmənin qərarı ilə 29 yaşlı Lənkəran rayon sakini 15 gün, 46 yaşlı şəxs bir ay, sonuncu isə 10 gün müddətinə həbs ediliblər.
Oxşar xəbərlər
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb
Azərbaycanda martın 13-də cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki,...