Sosial şəbəkədə nalayiq ifadələr işlədən qadın saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkədə nalayiq ifadələr işlədən daha bir tiktoker saxlanılıb.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, 25 yaşlı Melisa Əhmədova (şərti adla) "TikTok" sosial şəbəkəsində özünə məxsus "melisa__591" hesabında canlı yayım açaraq əxlaqsız ifadələr səsləndirib. Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verib.
O, polis əməkdaşları tərəfindən hava limanında saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə o, 600 manat məbləğində inzibati qaydada cərimələnib.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin okty...