Sosial şəbəkədə inanılmaz fırıldaq - Aldadaraq 12 min manata yaxın pulunu aldılar - VİDEO

Sosial şəbəkədə inanılmaz fırıldaq - Aldadaraq 12 min manata yaxın pulunu aldılar - VİDEO
Video
Hadisə 1139
Sosial şəbəkədə tanış olduğu insan onu aldadaraq 12 min manata yaxın pulunu alıb.Qusar sakini Rahib Babayev 2015-ci ildə 30 minə yaxın izləyicisi olan "Facebook" səhifəsini 2200 manata satıb. Pulu almaq üçün də plastik bank kartına ehtiyac olub. Rahib bunun üçün sosial şəbəkədə elan paylaşıb və dostlarından kömək istəyib. Dostluğunda olan şəxslərdən biri, Naxçıvanda qeydiyyatda olan Rövşən Kazımov da ona kömək edəcəyini bildirib. Pul karta köçsə də həmin şəxs onu verməyib.Bir müddət sonra isə Rövşən rahibə zəng edərək deyib ki, balansında 14 min manatdan artıq pul var. Bunu almaq üçünsə, 1500 manat ödəniş etməlisən. Rahib deyilən məbləği ödəyib. Bu proses bir neçə dəfə davam edib.Daha sonra isə bir nəfər Rahibə zəng edərək özünü bankın rəhbəri kimi təqdim edib və hesabında 92 min manat pulunun olduğunu bildirib. Bunun üçün də yenə ödəniş tələb edilib.Rahib Babayev 45 dəfəyə ümumilikdə 12 min manata yaxın pul ödəyib. Son vaxtlar isə həmin şəxs votsap vasitəsilə müxtəlif ölkələrə məxsus nömrələrdən zəng etməyə başlayıb. Məsələ ilə bağlı polisə də müraciət edilib, araşdırma aparılır.BAKU.WS

Son xəbərlər