Bakıda əcnəbilər market və mağazalarda insanları aldadıb pulunu alır - VİDEO
30
avq
2018
09:25
Bakıda və rayonlarda son vaxtlar eyni üsulla törədilmiş fırıldaqçılıq halları artıb. Söhbət satıcını aldadıb onun pulunu mənimsəməkdən gedir. Bu şəxslər alıcı qismində obyekdə daxil olur, böyük nominallı əskinaslar təqdim edirr, sonra satıcını aldadıb həm öz verdikləri pulu, həm məhsulu, həm də pulun qalıq hissəsini alıb gedirlər. Maraqlıdır ki, belə cinayətlərin çoxunda pakistan vətəndaşlarının adları hallanır. İndi sizə daha iki belə faktın görüntülərini təqdim edəcəyik.Əczaçını aldadaraq həm müalicəvi saç yağını, həm də 95 manat pulunu mənimsəyən xarici ölkə vətəndaşı təhlükəsizlik kamerasına düşdü.Hadisə paytaxtın Yasamal rayonu Həsən bəy Zərdabi küçəsində yerləşən aptekdə baş verib. Həmin şəxs əvvəlcə əczaçıya yaxınlaşaraq 100 manat pul verib müalicəvi saç yağı almaq istədiyini bildirib. Əczaçı isə məhsulun pulunu çıxıb, ona 95 manat qalıq qaytarıb.Sonra isə bu şəxs əczaçıya bu saç yağını almaq istəmədiyini və ona verdiyi 100 manatı geri qaytarmasını istəyir, qalıq pulu isə əczaçıya qaytarır. Bu zaman əczaçının başını qatıb 100 manatı ona qaytarmır. Əvəzində başqa saç yağı almaq istədiyini deyir.Əczaçı həmin saç yağını gətirərək ona verir və elə zənn edir ki, müştəri tərəfindən verilən 100 manat ondadır. Buna görə də məhsulun pulunu çıxıb ona 95 manat qaytarır. Nəticədə əczaçı həm 95 manat pulundan, həm də dəyəri 5 manat olan müalicəvi saç yağından olur. Videonu Xəzər xəbər-in votsap nömrəsinə göndərən əczaçı iddia edir ki, həmin şəxs təxminən 35-40 yaşlarında olan Pakistan vətəndaşı olub.Bu görüntüləri isə Mingəçevir şəhəri Nizami küçəsində yerləşən paltar satılan mağazanın təhkükəsizlik kamerası qeydə alıb. Burada da bənzər hadisə baş verib. Mağaza sahibi iddia edir ki, bir nəfər Pakistan vətəndaşı satıcıya yaxınlaşaraq, 2 ədəd dəsmal alacağını bildirib. Bunun üçün isə o, satıcıya 100 manat uzadıb. Satıcı 91 manat qalıq pulu ona verib. Sonra isə həmin şəxs dəsmalı almayacağını deyib, satıcıdan verdiyi 100 manatı geri qaytarmasını istəyib və qalıq pulu da qaytarıb. Bu vaxt o, fikrinin dəyişdiyini, həmin malı alacağını bildirərək 100 manatı yenidən satıcıya uzadıb və sanki verirmiş kimi göstərərək o biri əlinə ötürüb. Satıcı isə 100 manatı aldığını zənn edərək təkrarən 91 manat qalıq pulu ona qaytarıb. Nəticədə də 91 manat pulundan və 9 manatlıq dəsmallarından olur.Qeyd edək ki, bir neçə gün əvvəldə də paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsindəki apteklərdən birində eyni qaydada fırıldaqçılıq hadisəsi baş vermişdi. Bu hadisə də təhlükəsizlik kamerasına düşmüşdü.BAKU.WS
Oxşar xəbərlər
Bakıda qadın əczaçını belə aldatdı – VİDEO
Bakıda aptekdə əczaçıya qarşı fırıldaqlıq olub.BAKU.WS xəbər verir ki, müştəri kimi aptekə girən qadın bir ədəd müalicəvi şampun alıb bu vaxt qadın nəinki aldığ...