“Son zəng”dən sonra faciəli şəkildə öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün məktəbi bitirən məzun çayda boğularaq ölüb.
BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə Lənkəranın Osaküçə kəndi ərazisindəki istirahət mərkəzlərinin birində baş verib.
Belə ki, Masallı rayon Mollaoba kənd sakini olan 2004-cü il təvəllüdlü Məhəmmədəli Əzizli Yasin oğlu ehtiyatsızlıqdan çaya düşüb. Ətrafındakılar onu xilas edə bilməyiblər. Kənd sakinləri M.Əzizlinin cansız bədənini sudan çıxarıblar.
Qeyd edək ki, bədbəxt hadisə Mollaoba kənd tam orta məktəb məzunlarının istirahət gəzintisi zamanı baş verib. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda gənc oğlanla qız qəbiristanlıqda sevişərkən yaxalandı - TƏFƏRRÜAT
Bu ilin 24 mart tarixində Bərdə rayonunun Arabaçılar kəndi ərazisində yerləşən qəbiristanlıqda 2003-cü il təvəllüdlü Məhəmmədəli Quliyevin Elnur Məmmədovu (şərt...