Son on ayda 181 qadın narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib
18
noy
2024
12:30
2024-cü ilin yanvar-oktyabr ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən 6 min 247 nəfərdən 6 min 66-sı kişi, 181-i qadın olub.
BAKU.WS xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-oktyabr aylarının yekununa dair məlumatda qeyd olunub.
Bildirilib ki, onlardan 16-18 yaşadək bir nəfər,18-25 yaşadək 463 nəfər, 20-25 yaşadək iki nəfər, 26-29 yaşadək 946 nəfər, 30 yaş və ondan yuxarı isə 4 min 835 nəfər təşkil edir.
Oxşar xəbərlər
Qaradağda sərnişindaşıma adı altında narkokuryerlik edən şəxslər saxlanılıb
Qaradağda sərnişindaşıma fəaliyyəti adı altında narkokuryerlik edən şəxslər saxlanılıb. Bu barədə BAKU.WS Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bild...