İsmayıllıda yük maşını 22 yaşlı oğlanın üstündən keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.
BAKU.WS unikal-a istinadən xəbər verir ki, bu gün saat 15 radələrində rayonun Aşıqbayramlı kənd sakini Teymur Əlipaşa oğlu Mustafayev özünə məxsus QAZ-53 markalı yük avtomobilinə oğlu və qardaşı ilə birgə ot yığarkən maşını düz yerdə saxlamayıb.
Sürücü yerdə olduğu halda avtomobil qəflətən çökək əraziyə tərəf hərəkət edib, ehtiyatsızlıq səbəbindən Teymur Mustafayevin 22 yaşlı oğlu Nicat Mustafayev yük avtomobilinin arxa təkərinin altında qalıb.
Ağır bədən xəsarətləri alan Nicat Mustafayev təcili olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda dəhşətli hadisə: Arvadını polis şöbəsinin yanında görüb çöllüyə apardı və...
Bakının Sabunçu rayonunda 1979-cu il təvəllüdlü Arif mübahisə zəminində arvadı Cəmiləni (adlar şərti verilib - red.) qətlə yetirib. BAKU.WS teleqraf.com-a istin...