İsmayıllıda yol qəzası baş verib, ölən və xəsarət alanlar var

20
avq
2024
20:43
İsmayıllı rayonunda yol qəzası baş verib, ölən və xəsarət alanlar var.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü qəfildən idarəetməni itirib.
Nəticədə qəza zamanı avtomobildə olanlardan bir nəfər ölüb, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
Bakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərin kimliyi məlum olub. Baş Dövlət Yol Polisi İdarə...