İsmayıllıda minik və yük maşınları toqquşdu: YARALILAR VAR
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 10:00 radələrində rayonun Hapıtlı kəndi ərazisində qeydə alınıb.
"VAZ 2106" markalı minik avtomobil ilə "KamAZ" markalı yük maşınının toqquşması nəticəsində İsmayıllı sakinləri, 1979-cu il təvəllüdlü Muştaqov Racu Səlim oğlu, 1997-ci il təvəllüdlü Əzizov Ayaz Nazim oğlu, 2001-ci il təvəllüdlü Ağayev Sənan Sahib oğlu, Göyçay sakini, 1994-cü il təvəllüdlü Feyzullayev Sərxan Qalib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Sevgilisini qısqanan oğlanın Bakıda törətdiyi dəhşətli CİNAYƏT - VİDEO
2019-cu il noyabrın 29-da DİN 102 xidmətindən Binəqədi RPİ 5-PB-nə 7-ci mikrorayon ərazisində bıçaqlanma hadisəsinin baş verməsi haqda məlumat verilib. Hadisə y...