İsmayıllıda dağlıq ərazidə yanğın məhdudlaşdırılıb - VİDEO

İsmayıllıda dağlıq ərazidə yanğın məhdudlaşdırılıb - VİDEO
Video
Hadisə 40

İsmayıllı rayonu, Sərdahar kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində məhdudlaşdırılıb.

FHN-dən BAKU.WS-ə verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Qeyd olunub ki, yanğınsöndürmə əməliyyatı, ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən həyata keçirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər