Göyçayda transformator partlayıb, yanğın baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçay rayonunda elektrik transformatoru partlayıb, yanğın baş verib.
BAKU.WS report-a iatinadən xəbər verir ki, Göyçay şəhəri Nəriman Nərimanov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının həyətində quraşdırılmış elektrik paylayıcısında qəfil partlayış olub.
Hadisə nəticəsində elektrik avadanlığında yanğın yaranıb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Hadisənin başvermə səbəbi və dəymiş ziyanın həcmi araşdırılır.
İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin okty...