Siyəzəndə yol qəzasında bacı-qardaş ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Siyəzəndə bacı-qardaşın öldüyü yol qəzası barədə məlumat yayıb.
İdarədən BAKU.WS-ə verilən məlumata görə, fevralın 1-də Bakı–Quba–Dağıstan sərhəd yolunun Siyəzən rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində S. Mirzəyeva və qardaşı R.Mirzəyev həyatlarını itirib:
"Bu hadisə sadəcə, yol qəzası deyil, bir ailənin taleyinə vurulmuş ağır zərbədir. Yol hərəkəti qaydalarının pozulması ağır nəticələrə səbəb olur, qaydalar insan həyatını qorumaq üçün müəyyən edilmiş normalardır. Baş DYP İdarəsi sürücülərin bir daha diqqətinə çatdırır ki, sükan arxasında tələsməyin, risk etməyin və qaydalara biganə yanaşmayın, çünki yol səhvləri bağışlanmır. Bir anlıq məsuliyyətsizlik illərlə davam edəcək peşmanlığa çevrilir".
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....