Siyəzəndə yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Siyəzən rayonunun Eynibulaq kəndində yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var.
Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “Opel” markalı iki minik avtomobili toqquşub, 4 nəfər avtomobillərdə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər sağ, digər 1 nəfərin meyiti zədələnmiş avtomobillərdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Oxşar xəbərlər
Oğuzda minik avtomobili yol kənarındakı ağaca çırpılıb
Oğuz rayonunun Bayan kəndində “Ford” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb, sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Bu barədə...