Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən qadın həbs olunub
07
fev
2026
11:55
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Siyəzən rayonunda narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən əvvəllər məhkum olunmuş 40 yaşlı Ş.Bayramova həbs olunub.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, ondan 6 kiloqrama yaxın marixuana, külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin, həmçinin psixotrop tərkibli 120 ədəd preqabalin həbi maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...