Siyəzəndə 41 ədəd çətənə kolu aşkarlanıb - FOTO
16
avq
2024
09:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Siyəzəndə əməliyyat yolu ilə 41 ədəd çətənə kolu aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Mirzəfər Ramazanovun kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 81 kiloqram olan 41 ədəd çətənə kolu və 1 kiloqram marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Qalereya
Oxşar xəbərlər
İrandan Azərbaycana göndərilən 13 milyon manatlıq narkotik aşkarlanıb - VİDEO
Baş Narkotiklərlə Mübarizə İdarəsi son 10 gün ərzində “qara bazar”da dəyəri 13 milyon manat olan 243 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb. Bu...