“Siyəzən Broyler”də güclü yanğın
19
mar
2022
09:52
Siyəzən rayonunun Siyəzən kəndində, “Siyəzən Broyler” ASC-nin ərazisində yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 1120 kvadratmetr olan quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 650 kvadratmetr sahədə, içərisində elektrik naqilləri 80 p.m, havalandırma qurğuları, plastik su və yem qabları yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
"Qoç ət" restoranındakı yanğında zəhərlənənlər olub - YENİLƏNİB 1 - FOTO/VİDEO
Bakıda yerləşən “Qoç ət” restoranındakı yanğında üç nəfər tüstüdən zəhərlənib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Hadisə zamanı ümumi...