Siyandan İstanbula uçan təyyarə Bakı hava limanına təcili eniş edib
19
yan
2024
08:19
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“National Airlines” aviaşirkətinin Siyan-İstanbul reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, ABŞ aviadaşıyıcısının təyyarəsi yerli vaxtla saat 07:23-də Bakı hava limanına təhlükəsiz eniş edib.
Hazırda yaranmış texniki nasazlığın aradan qaldırılması məqsədilə bütün lazımi tədbirlər görülür.
Oxşar xəbərlər
“Lufthansa”nın kapitanı Heydər Əliyev Aeroportuna təcili eniş sorğusu göndərib
“Lufthansa” aviaşirkətinə məxsus Münxen - Tokio reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib...