Şirvanda yük avtomobili dəmir yolu ötürücüsündə aşırımlara ilişərək qalıb

Ötən gün Şirvanda yük avtomobili dəmir yolu ötürücüsündə aşırımlara ilişərək qalıb.
Bu barədə BAKU.WS-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, axşam saatlarında Şirvanda "Mercedes" markalı 90 JT 063 nömrəli yük avtomobilinin sürücüsü dəmir yolu ötücüsünə yaxınlaşarkən hündürlüyün məhdudlaşdırılması ilə bağlı yol nişanının tələblərinə məhəl qoymayaraq hərəkətini davam etdirib, nəticədə yük avtomobili yol ötürücüsündə aşırımlara ilişərək qalıb.
Hadisə nəticəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib. Qeyd edilən ərazidə yük qatarlarının hərəkəti tam məhdudlaşdırılıb.
Qatarların hərəkətinin bərpası istiqamətində tədbirlər görülür.
Qalereya
Oxşar xəbərlər
Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb
Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat veri...