Şirvan sakininin ev satmaq adı ilə 40 min manatını ələ keçirməkdə təqsirləndirilən şəxs həbs olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Şirvan sakininin ev satmaq adı ilə 40 min manatını ələ keçirməkdə şübhəli bilindiyi üçün axtarışda olan əvvəllər məhkum olunmuş Rövşən Qasımov saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, R.Qasımov bir nəfər Şirvan sakininə özünə məxsus evi satacağı, eləcə də ipoteka krediti götürməyə köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək zərərçəkənin 40 min manatını ələ keçirib:
"R.Qasımov barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər".
Oxşar xəbərlər
Kəlbəcərdə AĞIR QƏZA: Bir nəfər ölüb, bir nəfər yaralanıb
Kəlbəcərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunun şəhər...