Sirkədən zəhərlənən 2 nəfər öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Ağsuda sirkə turşusundan zəhərlənən şəxs vəfat edib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Muradlı kəndinin ərazisində baş verib.
Kürdəmir rayon sakini 1984-cü il təvəllüdlü Ruslan Qurbanov avqustun 9-u zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. O, avqustun 10-u orada ölüb.
Oxşar hadisə Ucar rayonunda baş verib. Avqustun 9-u saat 11 radələrində Zərdab rayon sakini 1986-cı il təvəllüdlü Vüsalə Namət qızı İmanova qardaşına məxsus Ucar şəhərindəki evdə sirkə turşusundan zəhərlənib.
Xəstəxanaya yerləşdirilmiş V.İmanova orada vəfat edib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...