Siqaret pulu vermədiyinə görə anasını DÖYDÜ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda anasını döyən şəxsin məhkəmə prosesi keçirilib.
BAKU.WS Unikal-a istinadla xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev 16A, 10 saylı mənzildə yaşayan A.Orucov (ad-soyad şərtidir) anası S.Orucovadan (ad-soyad şərtidir) siqaret almaq üçün pul istəyib. Lakin, anası pul verməkdən imtina etdiyi üçün yumruqla onun baş nahiyəsindən iki dəfə və kürək nahiyəsindən bir neçə dəfə vuraraq müxtəlif bədən xəsarətləri yetirib.
Bu əməlinə görə A.Orucov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilib.
Suraxanı Rayon Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında anası A.Orucovdan şikayətçi olmadığı üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.
Qeyd edək ki, o, Vətən Müharibəsi iştirakçısıdır.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...