Silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb - FOTO

Silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb - FOTO
Hadisə 105

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Xəyal Aslanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, üzərindən narkotik vasitə olan “heroin” aşkar edilən şəxs saxlanılıb. Onun ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun 2021 və 2022-ci illərin müxtəlif vaxtlarında rayon ərazisindəki ümumilikdə 4 mağazaya qeyri-qanuni yolla daxil olaraq oradan müxtəlif məbləğlərdə nağd pul, danışıq kartları və tütün məmulatları oğrulması müəyyən edilib.

Saxlanılan şəxs istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.

Silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər