Şirvanda neft quyusunda qaz püskürməsi dayandırılıb

“Şirvan OİL Company LTD” şirkətinin neft quyusunda baş verən qaz püskürməsi dayandırılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, yanvarın 9-da saat 21 radələrində "Şirvan Oil Company LTD"-nin 1 saylı neft-qaz çıxartma sahəsində 715 saylı neft quyusunda baş verən yanğına keçməyən qaz püskürməsi ötən gün axşam saatlarında dayandırılıb. Qeyd edək ki, neft quyusunda 3 gün davam edən qaz püskürməsi yüksək təzyiq səbəbindən püskürmənin dayandırılması işlərini çətinləşdirirdi.
Quyudan püskürən qaz fontanının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər nəticəsində hadisə yerinə cəlb olunan yüksək ixtisaslı mühandis və xüsusi riskli işləri həyata keçirən mütəxəssislərin səyi ilə quyunun ağzı bağlanıb.
Onu da qeyd edək ki, püskürmə müddətində quyunun ətrafında təhlükəsizlik tədbirləri çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan şəhər Yanğından Mühafizə Dəstəsinə məxsus qüvvə və vasitələri, həmçinin digər dövlət qurumlarının əməkdaşları hadisə yerində növbə çəkiblər.
Püskürmənin yanğına keçməməsi üçün bütün preventiv tədbirlər həyata keçirilib.
Oxşar xəbərlər
Binəqədidəki partlayışla bağlı cinayət işi açıldı - FOTO/VİDEO - YENİLƏNİB
Bakının Binqədədi rayonunda yaşayış evində baş verən partlayışla bağlı cinayət işi açılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. “Bakı şəhər...
