Şirvanda bir nəfər özünü körpüdən Kürə atıb
Yeniliklərdən dərhal xəbərdar olun
Şirvanda bir nəfər özünü körpüdən ataraq intihar edib.
BAKU.WS-in APA-ya istinadla məlumatına görə, hadisə Şirvan-Sabirabad istiqamətində Kür çayı üzərində yerləşən körpüdə qeydə alınıb.
Şəxsiyyəti məlum olmayan bir nəfər körpünün piyada keçidindən özünü çaya ataraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İntihar edən şəxsin kimliyi və hadisənin təfərrüatları araşdırılır.
Hadisə yerində meyitin axtarışlarını həyata keçirmək üçün FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşlarının cəlb olunması gözlənilir.
Oxşar xəbərlər
Yevlaxda Kür çayında həlak olan polisin meyiti tapılıb - YENİLƏNİB 2
"Fiat" markalı xidməti avtomobilin çaya düşməsi nəticəsində boğulan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Kamran Məmmədovun meyiti tapılıb. DİN-...