Şərurda ağır qəza - Ölən var
Şərur rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Şərur rayonunun Yuxarı Aralıq kəndində qeydə alınıb. Belə ki, "VAZ 2106"la "Mercedes" la markalı avtomobillərin toqquşması nəticəsində Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü Hüseynov Nihat Razi oğlu ölüb.
"VAZ 2106" markalı avtomobildə olan digər iki sərnişin Vərməziyar kənd sakini, 2005-ci il təvəllüdlü Əsquliyev Səbuhi Niyaz oğlu və Yuxarı Atalıq kənd sakini, 2007-ci il təvəllüdlü Əliyev Rza Elşən oğlu xəsarət alıblar. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənlərin vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Altı nəfərin öldüyü dəhşətli qəzanın TƏFƏRRÜATI: Toydan qayıdırlarmış - FOTO/VİDEO - YENİLƏNİB - 3
Naxçıvanda iki minik avtomobili toqquşub, nəticədə 6 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb. Ağır yol-nəqliyyat hadisəsi gecə Naxçıvanın Kəngərli rayonunda baş v...