Şərikini güllələdi, özünü doğradı, həbsdə öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda daha bir məhbus ölüb.
BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Orada cəza çəkən Raznobarski Yan Tahiroviç dünyasını dəyişib. Onun ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, Yan Raznobarski iş adamıdır. O, 2015-ci ildə Bakının Suraxanı qəsəbəsindəki “Dostluq” kafesində şəriki Murad Seyidovu güllələyib.
Törətdiyi cinayətə görə 15 il müddətinə azadlıqdan məhrum edilən Yan Raznobarski buna etiraz olaraq 2018-ci ildə cəza çəkdiyi müəssisədə özünü doğrayaraq intihara cəhd edib.
Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib.
Oxşar xəbərlər
Mehman Hüseynov azadlığa buraxılıb - FOTO
Həbsdə olan blogger Mehman Hüseynovun cəza müddəti başa çatıb.BAKU.WS ONA-ya istinadən xəbər verir ki, Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində sax...