Şəmkirdə yük maşını aşıb - Xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkir rayonunda sürücü idarə etdiyi yük maşınını aşırıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Dağ Cəyi adlı kəndində qeydə alınıb. İlkin məlumata görə qəza nəticəsində 24 yaşlı sürücü Elnur Qəniyev idarə etdiyi "QAZ 53" markalı yük maşınını aşırıb.
Nəticədə sürücü və avtomobildə olan sərnişin Bakir Məmmədov ağır xəsarətlər alıb. Yaralılar ilk olaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə gətirilib.
Hadisənin yüksək surət səbəbindən baş verdiyi ehtimal edilir.
Oxşar xəbərlər
Gəncədə ağır qəza - 1 nəfər öldü (YENİLƏNİB)
Gəncə şəhərində baş verən yol qəzasında yaralananların adları məlum olub. BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, 1980-ci il təvəllüdlü Natiq Namiq oğlu Ab...