Şəmkirdə silahlı insident - Bir nəfər güllələnib

Şəmkirdə silahlı insident - Bir nəfər güllələnib
Hadisə 253

Şəmkir rayonunda silahlı insident yaşanıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Qaranü kəndində baş verib. Kənd sakini 1984-сü il təvəlüdlü Muradov Famil Ramiz oğlu mübahisə zəminində həmkəndlisi 1986-cı il təvəllüdlü Muradov Asif Şamil oğlunu güllələyib. Yaralı təcili yardım maşını ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

İlkin məlumata görə, Famil Muradov həmkəndlisini ov tüfəngi ilə güllələyib. Hadisənin təfərrüatları dəqiq bilinməsə də tərəflər arasında keçmişə dayanan ədavətin olduğu deyilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər