Şəmkirdə əməliyyat - Saxlanılan var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin yanvar və fevral aylarında rayon ərazisində bir neçə evdən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-in bölgə müxbirinə məlumat verilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir rayon sakini, 23 yaşlı İslam Vəliyev yanvar ayının əvvəllərində rayon ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1 ədəd “Grundig” markalı televizor və 3 ədəd şüşə qab oğurlayıb.
O, daha sonra fevralın 16-da başqa bir evə daxil olaraq 1 ədəd “Arçelik” markalı televizor və “HP” markalı kompüter, fevralın 25-də isə digər bir evə gizli yolla daxil olaraq oradan 8 ədəd xrustal meyvə və şirniyyat qablarını oğurlayıb.
Şübhəli şəxs saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.
Dindirilmə zamanı İ.Vəliyev törətdiyi oğurluq hadisəsini etiraf edərək oğurladığı əşyaları 1 200 manata satdığını, əldə etdiyi pulu isə mərc oyunlarında uduzduğunu bildirib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Cinlərə qonaqlıq verən ana-bala falçı həbs edildi — TƏFƏRRÜAT
Falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova küllü miqdarda dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.Məşhur ana-b...