Şəmkirdə avtoqəza olub, xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkir rayonu Qasımalılar kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, "VAZ-2106" markalı minik avtomobilinin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində sürücü - 2004-cü il təvəllüdlü Sənan Quliyev, sərnişinləri, 2003-cü il təvəllüdlü Bayram Məmmədov və həmyaşıdı Rüfət Uğurov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlardan birinin vəziyyəti daha ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə kişi illərlə arvadının xəyanət etməsinə dözdü və sonda... - Şok təfərrüat
Gəncə şəhərində 1985-ci il təvəllüdlü Sənan həyat yoldaşı Cəmiləni (adlar şərti verilib - red.) öldürüb. BAKU.WS Teleqraf.com-a istinadən bildirir ki, Sənan Cəm...