Şəmkirdə avtomobil yol kənarındakı heykələ çırpıldı, xəsarət alanlar var

Şəmkirdə avtomobil yol kənarındakı heykələ çırpıldı, xəsarət alanlar var
Hadisə 46

Şəmkir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, rayonun Yeni Həyat kəndində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı heykələ çırpılıb.

Qəza nəticəsində Şəmkir rayon sakinləri, 1997-ci il təvəllüdlü B.Quliyev, 1998-ci il təvəllüdlü C.İbrahimov və onun qardaşı, 2000-ci il təvəllüdlü U.İbrahimov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Hər üçünün vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər