Şəmkirdə avtomobil körpüdən aşdı - Xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
O bildirib ki, hadisə rayonun Qədimqala kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini körpüdən aşırıb.
Hadisə nəticəsində dörd nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onlardan üçü ilkin tibbi yardımdan sonra ambulator müayinə üçün evə buraxılıb. Xəsarət alan azyaşlının vəziyyəti hazırda qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
TƏBİB Bakıda baş verən ağır qəza ilə bağlı məlumat yayıb - VİDEO - YENİLƏNİB
Dünən Bakıda avtomobil qəzasında yaralanan beş nəfərin müalicəsi davam etdirilir. BAKU.WS xəbər verir ki, bu barədə apa-ya TƏBİB-dən bildirilib. Əlavə olunub ki...