Şəmkirdə 50 yaşlı kişi bacısı oğlu tərəfindən qətlə yetirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkir rayonunda dəhşətli qətl hadisəsi baş verib.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir şəhər Səməd Vurğun küçəsində qeydə alınıb.
Şəmkir rayon sakini, 1970-ci il təvəllüdlü Nizami Böyükkişiyev mübahisə zəminində bacısı oğlu, 1989-cu il təvəllüdlü Turan Əzizov tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq xəsarətləri alan N.Böyükkişiyev Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Dayısını öldürən bacıoğlu artıq həbs olunub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
15 manat borca görə tanışını öldürdü - VİDEO
2018-ci il iyunun 2-də Nizami rayonunun Keşlə qəsəbəsində pul borcuna görə yaranan mübahisə zamanı Şirvan sakini Səməd Pənahov Bakı şəhər sakini Röyal Rəhimova...