Şəki sakinini cərəyan vurub öldürdü

Şəki sakinini cərəyan vurub öldürdü
Hadisə 66

Şəkidə 29 yaşlı kişini elektrik cəryanı vuraraq öldürüb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə saat 18 radələrində rayonun Baş Zəyzid kənd ərazisində baş verib.

Kənd sakini, 1993-cü ildə anadan olmuş Azər Seyidməmmədov elektrik dirəyində iş aparan zaman onu elektrik cəryanı vurub. A.Seyidməmmədov aldığı ağır elektrik şokundan hadisə yerində ölüb.

Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər