Şəhidimizin yeniyetmə bacısı dəm qazından boğuldu - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
II Qarabağ müharibəsində şəhid olan Rəşad Ağazadənin ailəsində faciə yaşanıb.
BAKU.WS xəbər verir ki, ötən gün onun yeniyetmə bacısı Tamilla Ağazadə dəm qazından zəhərlənərək vəfat edib.
Ailə üzvlərindən BAKU.WS-ə verilən məlumata görə, hadisə dünən axşam saatlarında hamam otağında yaşanıb. Tamillanın hamamdan gec çıxdığını görən ailə üzvləri daha sonra onun zəhərləndiyinin şahidi olublar.
Yeniyetmə 8-ci sinif şagirdi olub. Bu dəqiqələrdə mərhumla vida mərasimi keçirilir.
Qeyd edək ki, Tamillanın 21 yaşlı qardaşı Rəşad Ağazadə II Qarabağ müharibəsi zamanı Suqovuşan istiqmətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O döyüş yoldaşlarını xilas edərkən şəhid olub.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda 3 uşaq atası qonşunun qızını qaçırdı
Ötən ilin 14 dekabr tarixində Şəmkir rayonu Qaracəmirli kəndində 41 yaşlı qonşusunu qaçırmış 1989-cu il təvəllüdlü Rəşad Quliyev barəsində açılmış cinayət işi ü...