Şəhid Xudayarı təhqir edəni döyənlərin kimliyi bilindi - AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkədə şəhid Xudayar Yusifzadə haqqında xoşagəlməz ifadələr yazdığına görə Fuad Rəsulzadəni küçədə döyənlərin kimliyi məlum olub.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov BAKU.WS-ə açıqlamasında bildirib ki, hadisə ilə bağlı cinayət işi başlanıb.
“Fakta görə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə hadisənin baş verdiyi ərazi üzrə Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıldı. Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslər müəyyən olunub.
Onlar şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğludur. Həmin şəxslər istintaqa cəlb edilərək izahatları alınıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”, - deyə Ehsan Zahidov bildirib.
Qeyd edək ki, Fuad Rəsulzadə "Twitter" sosial şəbəkəsində "Xudayar çoxdandır təzə mahnı buraxmır” adlı status yazmışdı. Bu sözlərinə görə sərt tənqid olunan gənci bir qrup şəxs küçədə döyüb.
Həmin videonu təqdim edirik:
Oxşar xəbərlər
Xudayara aid yazdığı statusa görə döyülən Fuad Rəsulzadə haqqında RƏSMİ AÇIQLAMA
Sosial şəbəkədə şəhid Xudayar Yusifzadə haqqında xoşagəlməz ifadələr yazdığına görə küçədə döyülən Fuad Rəsulzadənin görüntüləri yayıldıqdan sonra polis məsələn...