Şəhid anasının telefonunu və pulqabısını oğurlayan şəxs tutulub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevir şəhərində yerləşən Şəhidlər xiyabanından iki şəhid övladının məzarlarını ziyarətə gələn ananın mobil telefonunun və pulqabısının naməlum şəxs tərəfindən oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu törədən şəxsin əvvəllər də bir neçə dəfə məhkum olunmuş, şəhər sakini Vüsal Mahmudov olduğu müəyyən edilib.
O, şübhəli şəxs qismində saxlanılıb və üzərində şəxsi axtarış keçirilən zaman külli miqdarda narkotik vasitə-heroin aşkarlanaraq götürülüb.
Araşdırma zamanı V.Mahmudovun oğurluğu törətdikdən sonra mobil telefonu şəhər ərazisində yerləşən yarımtikilidə gizlətdiyi, pulqabını isə küçəyə atdığı məlum olub.
Davam etdirilən tədbirlərlə həmin əşyalar da maddi sübut kimi götürülüb.
Faktla bağlı şəhər polis şöbəsində cinayət işi başlanılıb, V.Mahmudovun ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Baltalanan qadının şok ifadəsi - Ərim evdə olmayanda idman zalında tanış olduğum kişi bizə gəlirdi
Qazax rayonunda 1981-ci il təvəllüdlü Əzim şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı 1982-ci il təvəllüdlü həyat yoldaşı Fərqanəni (adlar şərti veril...