Şəbnəm Tovuzlunun qayda pozuntusu kameraya düşdü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Şəbnəm Tovuzlu yeni görüntüləri ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında avtomobil idarə edərkən lentə alınan videosunu paylaşıb. Görüntülərdən müğənninin maşının təhlükəsizlik kəmərini istifadə etmədiyi məlum olub.
İfaçı avtomobili idarə edərkən polis maşının yaxınlığından keçib. Tovuzlu polis əməkdaşlarına da əhəmiyyət verməyib.
Beləliklə, Şəbnəm həm qayda pozub, həm də onu avtomobilində yanında əyləşən şəxsə çəkdirərək sosial şəbəkəsində paylaşıb. Sözügedən görüntülər sosial platformalarda yayılaraq izləyicilərin qəzəbinə səbəb olub. Onlar Tovuzlunu bu hərəkətinə görə tənqid edərək qınayıblar.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...