"İşə ədalətli yanaşan hüquq-mühafizə orqanlarına təşəkkür edirəm"

İşə ədalətli yanaşan hüquq-mühafizə orqanlarına təşəkkür edirəm
Hadisə 410
“Mənə qarşı xuliqanlıq edərək xəsarət yetirən şəxs barəsində həbs-qətimkan tədbiri seçildi. Mənə qarşı yol vermiş qanunsuzluqlarla əlaqədar məhkəmə tərəfindən çox ədalətli qərar qəbul olundu”.Bu barədə BAKU.WS-in döyülən redaktoru Zülfüqar Xeyirxəbər bildirib. Jurnalist məsələyə ədalətlə yanaşan və cinayətkarın operativ cəzlandırılmasına görə. Baş Prokurorluq və Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirib.“Mənə qarşı yol vermiş qanunsuz əməllərlə bağlı operativ reaksiya verdiklərinə görə, ölkənin hüquq-mühafizə orqanlarına dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, istintaq obyektiv aparılmaqla, yekunda qanunauyğun qərar qəbul olunacaq”, - deyə Z.Xeyirxəbər bildirib.Jurnalist onu da əlavə edib ki, baş verən hadisələrlə bağlı gərgin olub. Bu səbəbdən də, bəzi kütləvi informasiya vasitələrində hadisəni araşdıran müstəntiqlə bağlı tənqidi fikirlər səsləndirib. Xüsusilə də məhkəmənin vaxtının dəqiqi elan olunamamsı ilə bağlı müəyyən narahatlıqları olub. “Sonradan hüquqşünas dostlarım mənə izah etdilər ki, zəzərçəkənin həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə dəvət edilməsi vacib deyil. Müstəntiqin təqdimatından günahkarın cəzalandırılması istiqamətində onun da düzgün mövqedə olduğunu gördüm. Ümidvaram ki, istintaq başa çatana qədər də hüquq-mühafizə orqanı əməkdaşları işi ədalətlə araşdıracaqlar”, - deyə jurnalist bildirib.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

BAKU.WS-in redaktorunu döyən şəxs həbs edildi

BAKU.WS-in redaktorunu döyən şəxs həbs edildi

BAKU.WS-in redaktoru, tanınmış jurnalist Zülfüqar Xeyirxəbərovu döyən şəxslə bağlı qərar verilib.Bu barədə Bas Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə məlum...

755 Hadisə 16:36 29 avqust 2019

Son xəbərlər