İşçiləri istismar edən sahibkara cinayət işi açıldı
Yeniliklərdən dərhal xəbərdar olun
“İlkin” kəndli (fermer) təsərrüfatının təsisçisi Sadıx Əzimov tərəfindən xeyli sayda işçinin əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi barədə daxil olmuş müraciət əsasında araşdırma aparılıb.
Astara rayon Prokurorluğundan BAKU.WS-ə verilən xəbərə görə, araşdırmalarla Sadıx Əzimovun 15 nəfər şəxsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən çay bağlarında fəhlə kimi işlərin yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162-1.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfərdən artıq şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə cinayət işi başlanıb.Hazırda istintaq davam edir.
Oxşar xəbərlər
Bakıda qız söhbətində qan düşdü: Məktəbin yanındakı cinayətin TƏFƏRRÜATI - FOTO
Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində 2020-ci il sentyabrın 25-də Məhəmməd Əzimov bıçaq xəsarətləri alır. Yaralı Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbə...