"Şaurma 1" restoranındakı yanğın söndürülüb - YENİLƏNİB/VİDEO

FHN-in "112" qaynar xəttinə Yasamal rayonu, M. Müşfiq küçəsində yerləşən "Şaurma 1" restoranında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Şaurma 1" restoranına məxsus manqalın tüstü borusunda yanğın baş verdiyi məlum olub. Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***11:48
Bakıda restoranda başlayan yanğın yolda sıxlığa səbəb olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində baş verən yanğın səbəbindən Mətbuat prospekti istiqamətində yolda sıxlıq yaranıb.Avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə yol polisi əməkdaşları tərəfindən tədbirlər görülür.
***11.32
Bakıda restoranda yanğın başlayıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə, Badamdar qəsəbəsi ərazisində yerləşən "Şaurma 1" restoranının dam örtüyündə qeydə alınıb.
Məlumata görə, hazırda əraziyə yanğınsöndürənlər cəlb edilib.

Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...