Şamaxıda sement dolu yük maşını 45 metr hündürlükdən dərəyə aşıb - FOTO
07
noy
2019
21:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 18:00 radələrində Şamaxı-Çöl Göylər avtomobil yolunda qeydə alınıb. Xaçmaz sakini, 1991-ci il təvəllüdlü Musayev Təhmasib İsrar oğlu idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə sement daşıyarkən idarəetməni itirib, avtomobil 45 metr hündürlükdən dərəyə aşıb. Dağdan yuvarlanan avtomobildən zərbənin təsiri nəticəsində çıxan sürücü T. Musayev 20 metr kənarda ağır vəziyyətdə tapılıb. O, təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Şamaxıda dəhşətli yol qəzası - 2 ölü, 3 yaralı
Şamaxı rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunda...