Şamaxıda müəllimin şagirdi döyməsi araşdırılır
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxı şəhərində yerləşən tam orta məktəbdə şagirdin müəllim tərəfindən döyülməsi iddiası ilə bağlı rayon polis şöbəsində araşdırmalara başlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə apa-ya DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.Qeyd olunub ki, xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub.
Ekspertizanın rəyindən və aparılan araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, Şamaxı şəhər 3 saylı tam orta məktəbdə 7-ci sinif şagirdinin məktəbin tarix müəllimi tərəfindən döyülməsi barədə məlumat yayılıb.
Oxşar xəbərlər
Müəllimi döydüyü iddia olunan direktor danışdı - YENİLƏNİB
Goranboy rayon Qafqaz Məmmədov adına Kələk kənd tam orta məktəbinin direktoru Cahangir Əlabbasov müəllimi döyməsi ilə bağlı məsələyə münasibət bildirib. BAKU.WS...