Şamaxıda kütləvi zəhərlənmə: 21 nəfər xəstəxanaya aparıldı - VİDEO

Şamaxıda qidadan kütləvi zəhərlənmə baş verib.
Hadisə rayonun Məlikçobanlı kəndində qeydə alınıb.
Zəhərlənməyə səbəb qonaqlara verilən tort olub.
Məlikçobanlı kənd icra nümayəndəsi Sənan Abdullayevin verdiyi məlumata əsasən, Ukraynanın Xarkov şəhərindən kəndə qonaq gələn ailə üçün evdə yığıncaq təşkil edilib. Qonaqlar üçün hazırlanan tort zəhərlənməyə səbəb olub.
İlkin məlumata görə, məclisdə iştirak edən 21 nəfər kəskin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Şamaxı Rayon Mərkəzi Xəstəxanasından "Xəzər Xəbər"ə bildirilib ki, artıq bütün xəstələrə ilkin tibbi yardım göstərilib və onların hamısı evə buraxılıb. Zərərçəkənlərdən beşinin azyaşlı olduğu bildirilir, onlardan ən kiçiyinin 1, ən böyüyünün 8 yaşı var.
Baş verən hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalara başlanılıb. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün vətəndaşa məxsus həyətyani sahədə təşkil olunmuş toy mərasimində istehlak edilən müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. İlkin ehtimallara əsasən hadisə ev şəraitində hazırlanmış məhsulların istehlakı nəticəsində baş verib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Şamaxıda kənd icra nümayəndəsi: Kütləvi zəhərlənməyə səbəb tort olub - YENİLƏNİB
Şamaxıda toy zamanı kütləvi zəhərlənmənin səbəbi kimi evdə hazırlanan tort göstərilir. Report-un Yuxarı Şirvan bürosuna Məlikçobanlı kənd icra nümayəndəsu Sənan...
