Şamaxıda kənd icra nümayəndəsi: Kütləvi zəhərlənməyə səbəb tort olub - YENİLƏNİB

Şamaxıda toy zamanı kütləvi zəhərlənmənin səbəbi kimi evdə hazırlanan tort göstərilir.
Report-un Yuxarı Şirvan bürosuna Məlikçobanlı kənd icra nümayəndəsu Sənan Abdullayevin verdiyi məlumata əsasən, Ukraynanın Xarkov şəhərindən kəndə qonaq gələn ailə evdə qohumlar arasında yığıncaq təşkil ediblər.
Onun sözlərinə görə, bu zaman məclisdə qonaqlar üçün hazırlanan tort onların zəhərlənməsinə səbəb olub. S.Abdullayev bildirib ki, dərhal Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılan zəhərlənən qonaqlar həkim nəzarətinə götürülüb və müayinə olunublar.
Şamaxı rayon Mərkəzi xəstəxanasından isə “Report”-a bildirilib ki, artıq bütün xəstələrə ilkin tibbi yardım göstərilib və onların hamısı evə buraxılıb.
09:39***09.14
Şamaxıda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə Şamaxının Məlikçobanlı kəndində qeydə alınıb.
İlkin məlumata görə, toyda iştirak edən 21 nəfər kəskin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
10 yaxın sakin təcili tibbi yardım avtomobili ilə, digərləri isə xəstəxanaya özləri gəlib.
Hazırda vəziyyətlərinin normal oldugu bildirilir. İlkin ehtimala görə, zəhərlənməyə toyda verilən tort səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda toyda kütləvi zəhərlənmənin DETALLARI: Ev yiyəsi danışdı - VİDEO - YENİLƏNİB 2
Ağstafa rayonunda baş verən kütləvi zəhərlənmə faktının təfərrüatı məlum olub. Məsələ ilə bağlı Baku TV-yə danışan toy sahibi Akif Piriyev bildirib ki, zəhərlən...
