Şamaxıda kombayn alovlandı - Yanğın meşəyə keçdi - VİDEO

Şamaxıda kombayn alovlandı - Yanğın meşəyə keçdi - VİDEO
Video
Hadisə 72

Şamaxıda otbağlayan kombayn hərəkətdə olarkən yanmağa başlayıb.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Məlhəm kəndi yaxınlığında baş verib.

Belə ki, yol ilə hərəkət edən otbağlayan kombayn anidən alışmağa başlayıb. Daha sonra isə yanğın yaxınlıqdakı dağlıq-meşəlik əraziyə keçib.

Artıq əraziyə FHN-in yanğın söndürən maşınları cəlb olunub. Qüvvələr yanğının geniş əraziyə yayılmasının qarşısını almağa çalışırlar.

Bununla bağlı görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər